Modern.az

Bakı məktəblərinə müəllim qəbulu MİQ portalı üzərindən davam edəcək

Bakı məktəblərinə müəllim qəbulu MİQ portalı üzərindən davam edəcək

Təhsil

Bu gün, 17:18

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə vakant və sosial məzuniyyətlə əlaqədar müvəqqəti boş qalan yerlərə müəllim qəbulu miq.edu.az portalı üzərindən davam etdiriləcək.

Modern.az-a bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, yerləşdirmədə bu il müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak etmiş və müvafiq fənlər üzrə ehtiyatda olan namizədlər nəzərə alınacaq.

Namizədlər topladıqları balların ardıcıllığına uyğun olaraq mövcud qaydalar çərçivəsində vakant yerlərə yerləşdiriləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia