Modern.az

Britaniya parlamentində növbədənkənar təyinatlar olub

Britaniya parlamentində növbədənkənar təyinatlar olub

Dünya

Bu gün, 17:01

Böyük Britaniya parlamentinin İcmalar Palatasında bu gün keçiriləcək həftəlik sual-cavab sessiyasında Baş nazir Endi Börnhemi Luiz Heyq əvəz edəcək.

Modern.az “Sky News”a istinadən xəbər verir ki, Börnhem Karib hövzəsində keçirilən Millətlər Birliyinin sammitində iştirak etdiyi üçün deputatların suallarını Heyq cavablandıracaq.

Mühafizəkarlar Partiyasının lideri Kemi Badenoxun əvəzinə isə partiya sədrinin müavini Aleks Burqhart suallar ünvanlayacaq.

Qeyd edək ki, bu dəyişiklik yeni vəzifə təyinatı deyil, parlamentin sual-cavab sessiyasında hökumət və müxalifət liderlərinin əvəzlənməsidir.

Gülbadam Cümşüdova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia