Modern.az

Hindistanda “Qara kif” epidemiyası elan edildi

Hindistanda “Qara kif” epidemiyası elan edildi

Aktual

20 May 2021, 23:55

Hindistanın Racastan və Telanqana ştatlarında “qara kif” olaraq bilinən mukormikoz epidemiyası barədə elan verilib.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Racastan Səhiyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilir ki, COVID-19 təsiri və yan təsirləri səbəbiylə ştatda mukormikoz xəstələrinin sayı artmağa davam edir. Məlumata görə, hazırda ştatda 100-ə yaxın belə xəstə var.

 

Səhiyyə Nazirliyi epidemiya qanununa uyğun olaraq ştat ərazisində mukormikoz  xəstəliyi barədə bütün şübhəli və təsdiqlənmiş hallar barədə xəbər verilməsi barədə tibbi müəssisələrə öhdəlik qoyub.

 

Mukormikoz və ya “qara kif” - göbələk xəstəliyinin yaratdığı ağırlaşmadır. Xüsusən ağır xəstəliklərlə, o cümlədən koronavirusla mübarizədən sonra immuniteti düşənlər üçün təhlükəlidir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı