Modern.az

Bakıda qadını güllələyib özünü vuran polis öldü - FOTO

Bakıda qadını güllələyib özünü vuran polis öldü - FOTO

Aktual

21 May 2021, 00:47

Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb.

 

Modern.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov müalicə aldığı xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, hadisə mayın 20-də günorta saatlarında Yasamal rayonunda baş verib. Polis əməkdaşı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

 

H.Həsənovun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi açılıb.

 

Həsən Osmanov
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi