Modern.az

Samirənin “Avroviziya”nın finalında çıxış sırası açıqlandı - VİDEO

Samirənin “Avroviziya”nın finalında çıxış sırası açıqlandı - VİDEO

Aktual

21 May 2021, 08:10

“Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi finalda 21-ci nömrə altında çıxış edəcək.

 

Bu barədə Modern.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir.

 

Qeyd edək ki, mayın 22-də keçiriləcək finalda 26 ölkənin təmsilçisi iştirak edəcək. S.Əfəndi Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edir.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa edəcəyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

Final mərhələsində Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, Böyük Britaniya, İspaniya, Fransa, Niderland, İtaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın iştirakçısı çıxış edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı