Modern.az

Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Aktual

21 May 2021, 10:20

“Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

 

O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.

 

Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia