Modern.az

Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi DƏYİŞDİRİLDİ

Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi DƏYİŞDİRİLDİ

Aktual

27 May 2021, 15:55

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarbağ” ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

 

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı