Modern.az

Rusiya Türkiyəyə uçuşlara qoyulan qadağanı uzatdı

Rusiya Türkiyəyə uçuşlara qoyulan qadağanı uzatdı

Aktual

31 May 2021, 23:15

Rusiya Türkiyə ilə avialəqəyə qoyulan qadağanı iyunun 1-dən sonra da uzadacaq.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahındakı mənbədən bildirilib.

 

“Uçuşlara qoyulan qadağa uzadıldı”, - deyə mənbə məlumat verib.

 

Qeyd edək ki, Türkiyəyə uçuşlarla bağlı qadağa qərarı hazırda sabahadək qüvvədədir.

 

Xatırladaq ki, Rusiya aprelin 15-dən iyunun 1-dək koronavirusa yoluxma sayında artıma görə Türkiyə ilə aviaəlaqəni dayandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı