Modern.az

Şimali Koreyanın əsl hədəfi açıqlandı

Şimali Koreyanın əsl hədəfi açıqlandı

Aktual

1 İyun 2021, 00:27

Şimali Koreyanın rəqibi Cənubi Koreya deyil, müttəfiqindən sadəcə “istifadə edən” ABŞ-dır.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Korean Central News Agency” məlumat verir.

 

“Hədəfimiz Cənubi Koreya əsgərləri deyil, okeanın o tayındakı Amerika Birləşmiş Ştatlarıdır. Cənubi Koreyadan istifadə edərək hegemonluq hədəfini həyata keçirməyi planlaşdıran ABŞ-ın hesablaması bir insanın gözlərini öz barmaqları ilə çıxartması kimi ağılsız bir davranışdır. Atalar deyib ki, nə əkərsən, onu da biçərsən”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunur ki, Vaşinqton və Seul təcavüzkar ambisiyalarını açıq şəkildə nümayiş etdiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı