Modern.az

Heyvanlardan qorunaq, heyvanları qoruyaq

Heyvanlardan qorunaq, heyvanları qoruyaq

Aktual

1 İyun 2021, 09:17

Küçədə gəzərkən ya harasa tələsərkən, ətrafımızda gözümüzün görməyə öyrəşdiyi heyvanlar haqqında çox şey düşünə bilərik. Onların  qayğıya, şəfqətə ehtiyacı olduğunu biliriksə də, bəzən bunu görməzdən gəlirik. Ta uşaqlıqdan bizə öyrədilən, dərsliklərdə "heyvanlar bizim dostumuzdur", "onlar da canlıdırlar" kimi ifadələri çox oxuyub,  öyrənmişik. Amma iş əməl etməyə gələndə, az adamda bu duyğular oyanır.  Onlara yemək üçün bir tikə, içmək üçün bir qab su vermək bir yana, şüursuz dediyimiz canlılara qarşı şüursuz davrananları da az görməmişik. Onları məskunlaşdığı yuvadan qovan, qışqırıb qorxudan , hətta söyənləri belə demirəm.. Yəqin ki bu dilsiz varlıqların  cavab qaytarmayacağını düşündükləri üçün qışqırıb, söyürlər...


Heyvanların şüursuz olduğu elm tərəfindən sübut olunsa da, bəzi şüurlu insanların şüursuz heyvanlardan götürəcəkləri çox şey var. Bu yaxınlarda gördüyüm mənzərə isə məni çox düşündürdü. Bir tərəfdə kefsiz uzanan balasının başının üstündən ayrılmayan ana pişiyin gözlərini binanın girişinə zilləyib kömək gözləyirmiş kimi baxması insana necə təsir etməsin?! Əslində, insan bir anlıq gündəlik qayğılardan, məişət problemlərindən ayrılıb, ətrafa nəzər  salsa, köməyə ehtiyacı olan nə qədər canlının hədsiz qayğıya ehtiyacı olduğunu görər...


Bu mövzu insanı çox uzağa aparır. Tez-tez televiziyada, xəbər portallarında gördüyümüz, atılmış uşaqların "valideynlər"i kimi. Onlara əgər valideyn demək mümkündürsə...


Bəs onların sonrakı taleyi?! Məgər onların arzularının qarşısını kəsən bir baryerdirmi həmin günahsızlar?!


Bu mövzuda çox danışılıb, yazılıb, təəssüf ki, bu məsələnin sonu hələ bitəcək kimi görünmür - nə qədər ki, belə düşüncədə olan insanlar var...


Ülkər Oruclu,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı