Modern.az

Formula 1 iştirakçılarının koronavirus testinin nəticələri 

Formula 1 iştirakçılarının koronavirus testinin nəticələri 

Aktual

1 İyun 2021, 10:34

Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gələn bütün komanda üzvləri koronavirus testindən keçirilib.

 

Bu barədə Modern.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

 

Bildirilib ki, test verənlər arasında koronavirus aşkarlanmayıb, hər hansı təhlükəli vəziyyət yoxdur: "Komanda üzvləri Bakıya gəlməzdən 48 saat əvvəl də testdən keçiblər. Onlar 5 gündən sonra yenidən koronavirus testindən keçiriləcək".

 

Qeyd edilib ki, komandaların əksəriyyəti artıq Bakıdadır və bu gün qalan komandalar da Bakıya gələcək.

 

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 4-6 iyunda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı