Modern.az

İcra başçısı uşaqların bayramında iştirak etdi - FOTOLAR

İcra başçısı uşaqların bayramında iştirak etdi - FOTOLAR

Aktual

1 İyun 2021, 12:43

İyunun 1-də Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tədbirdə iştirak edib, gələcəyimiz  olan uşaqlara cansağlığı, xoşbəxt  həyat, sevinc dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb. 

 

Körpələr evi-Uşaq bağçasında balaca fidanlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər.

 

Həmçinin şəhid, qazi övladlarına və sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim olunub.

 

Tədbir ( COVİD-19) pandemiya qaydalarına uyğun həyata keçirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı