Modern.az

Şəhid və qazi uşaqlarına mənəvi dəstək göstərildi

Şəhid və qazi uşaqlarına mənəvi dəstək göstərildi

Aktual

1 İyun 2021, 13:08

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və dəstəyi, Sabunçu Gənclər Evinin, “TeasPress” Nəşriyyat evinin və “Benilüks” Azərbaycanlıları Konqresinin tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, müqəddəs Şəhidlik zirvəsinə yüksəlmiş Şəhidlərimizin və Vətən müharibəsi əlillərinin övladlarının iştirakı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə milli, vətənpərvər ruhda maarifləndirici söhbətlər edilib, uşaqlara mənəvi dəstək verilib.

Mərasimdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvüləri, Milli Məclisin Ailə Qadın Uşaq Problemləri üzrə Komtəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Sevil Mikayılova, Razi Nurullayev, Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev, “TeasPress” Nəşriyyat Evinin təmsilçi, tanınmış ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İcraçı direktoru Zamin Zeynal bildirib ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı bu cür mənəvi dəstək ruhlu tədbiri həyata keçirməkdə əsas məqsəd Prezident, Ali Baş Komandan  İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şəhid ailələri və Qazilərin həyat şəraitinin yaxşılaşdırılması və onların övladlarına diqqət və qayğı yönümündə gördükləri uğurlu işlərə İctimai dəstək olmaqla yanaşı, vətəndaş cəmiyyətinə töhfə verməkdir.

İcraçı direktor onu da qeyd edib ki, Vətən Müharibəsi Əlilərinə Kömək İctimai Birliyinin idarə heyəti Prezident İlham Əliyevin İctimai siyasət kurunsunu əsas götürərək,  gələcəkdə də bu sayaq milli, vətənpərvərlik əzmində fədakarlıqla çalışaraq ictimai-siyasi yönümdə fəaliyyətlərini davam etdirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı