Modern.az

Paşinyan Fransadan Belçikaya getdi

Paşinyan Fransadan Belçikaya getdi

Aktual

2 İyun 2021, 09:20

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Belçikaya səfər edib.

 

Modern.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.

 

Məlumata görə, bu gün Paşinyan görüşlərə başlayacaq. Onun Brüssel gündəminə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Belçikanın baş naziri Aleksandr de Kro ilə danışıqlar daxildir.

 

Qeyd edək ki, iyunun 1-də Nikol Paşinyan Fransada işgüzar səfərdə olub. O, prezident Emmanuel Makron, Milli Yığıncağın spikeri Rişar Ferran, Senat sədri Jerar Lapşe, eləcə də erməni icmasının nümayəndələri ilə görüşüb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!