Modern.az

Yeniyetmə qohumunun evindən 40 min manatlıq oğurluq etdi

Yeniyetmə qohumunun evindən 40 min manatlıq oğurluq etdi

Aktual

2 İyun 2021, 11:14

Bir nəfər Göyçay şəhər sakini Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

Nəticədə cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin yaxın qohumu olan bir yeniyetmə saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, həmin şəxs oğurluq yolu ilə ələ keçirdiklərini rayon ərazisində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan ayrı-ayrı mağazalara satıb, əldə etdiyi pulu isə müxtəlif əyləncələrə xərcləyib. Onun satdığı qızılların bir qismi həmin mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib.

 

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı