Modern.az

İsrailin yeni prezidenti seçildi

İsrailin yeni prezidenti seçildi

Aktual

2 İyun 2021, 14:00

İsrailin yeni prezidenti seçilib.

 

Modern.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti seçilib.

 

Knessetin 120 üzvündən 87-si İ. Herzoqun lehinə səs verib.

 

Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.

 

Prezidentlik postuna iki namizəd var idi - "Əmək" partiyasının sabiq lideri İsaak Herzoq və maarifçi, sosial aktivist Miriam Peretz.

 

Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!