Modern.az

Azərbaycanda vəzifəli şəxslər aeroportda əlbəyaxa oldular

Azərbaycanda vəzifəli şəxslər aeroportda əlbəyaxa oldular

Aktual

2 İyun 2021, 17:45

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

 

Modern.az Report-a istinadən xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

 

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib. A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

 

İnsidentə polis müdaxilə edib. Hazırda fakt araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi