Modern.az

Tvitter daha bir prezidentin hesabını blokladı

Tvitter daha bir prezidentin hesabını blokladı

Aktual

3 İyun 2021, 00:40

Tvitterin rəhbərliyi Nigeriya Prezidenti Məhəmməd Buxarinin separatçıların cəzalandırılmasının vacibliyi ilə bağlı tvitini silib və hesabını da bloklayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

 

Bununla bağlı bəyanat yayan Nigeriya Federal hökuməti tvitteri ikili standartda günahlandırıb.

 

“Tvitterin öz qaydaları ola bilər, lakin bunlar ümumi deyil”, - deyə ölkənin informasiya və mədəniyyət naziri Lay Məhəmməd deyib.

 

Qeyd edək ki, M.Buraxi tvitter səhifəsində hökumət binalarına hücum edən separatçıların cəzalandırılacağını yazıb.

 

Xatırladaq ki, tvitter bundan öncə ABŞ-ın keçmiş prezidenti Donald Trampın da hesabını bloklamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı