Modern.az

İcra başçısı və deputat yenidənqurma ilə tanış olublar

İcra başçısı və deputat yenidənqurma ilə tanış olublar

Aktual

3 İyun 2021, 12:00

Goranboy şəhərində Şəhid Quliyev Şəmil Əli oğlunun adını daşıyan 1 saylı uşaq bağçası- körpələr evində yenidənqurma işləri yekunlaşmaq üzrədir.

 

Goranboy rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev, Milli məclisin deputatı Anar Məmmədov Goranboy şəhər 1 saylı uşaq bağçası-körpələr evində aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yerində tanış oldular.

 

Bağça müasir avadanlıqlar, elektrik, təbii qaz və su  təhcizatı ilə  təmin edilmş, burada uşaqların əyləncəsi üçün istirahət güşəsi yaradılmış, həmçinin bağçanın adını daşıyan şəhid Quliyev Şəmil Əli oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Xatirə bulağı inşa edilmişdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı