Modern.az

Ali Məhkəmə ittihamlara cavab verdi

Ali Məhkəmə ittihamlara cavab verdi

Aktual

9 İyun 2021, 16:49

Azərbaycan Ali Məhkəməsi Aparatının rəhbəri Elvin Hətəmzadə son  günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü hüququnun olduğu halda bundan istifadə etməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

E.Hətəmzadə Modern.az-a bildirib ki, Ali Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinin formalaşdırılmasında Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə və ya hüquqi aktların hazırlanması prosesində rəy və təkliflər bildirməklə birbaşa çıxış edir:

"Belə ki, Ali Məhkəmə bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə müvafiq layihələri hazırlayıb Milli Məclisə təqdim etmiş və bu layihələr qanunvericilik orqan tərəfindən qəbul edilib.

Həmçinin qeyd etmək lazımdır ki, Ali Məhkəmə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası prosesində hüquqi aktların layihələrinin hazırlanması zamanı rəy və təkliflər bildirməklə fəal iştirak edib. Belə ki, son iki il ərzində dövlət orqanlarından Ali Məhkəməyə ünvanlanmış 300-dən çox hüquqi akt layihəsinə Ali Məhkəmə tərəfindən rəy və təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim ediib.

Bundan əlavə, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə qanunvericilikdə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmlərini təsbit edilir. Bu baxımdan, Ali Məhkəmənin qəbul etdiyi qərarlar qanunların vahid formada tətbiqində və qanunvericiliyin inkişafında mühüm rol oynayır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı