Modern.az

İranın XİN rəhbəri Türkmənistana gedib

İranın XİN rəhbəri Türkmənistana gedib

Dünya

Bu gün, 12:26

İranın xarici işlər naziri Abbas Əraqçi Türkmənistanın paytaxtı Aşqabada səfər edib.

Modern.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Əraqçi diplomatik, iqtisadi və parlament sahələrinin nümayəndələrindən ibarət nümayəndə heyətinin müşayiəti ilə Aşqabada gedib.

Nazirin birgünlük səfəri çərçivəsində Türkmistan rəsmiləri ilə görüşlər keçirilməsi nəzərdə tutulur.

Danışıqların əsas mövzuları ikitərəfli münasibətlər, regional və beynəlxalq proseslər, həmçinin İranla Türkmənistan arasında siyasi-iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!