Modern.az

Bu rayonlarda leysan yağır

Bu rayonlarda leysan yağır

Aktual

9 İyun 2021, 21:51

Axşam saatlarında Daşkəsən rayonunda güclü yağış yağıb, bir neçə dəqiqə dolu düşüb.

 

Modern.az xəbər verir ki, yağıntılı hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkəti qismən dayanıb. Leysan yağış daha sonra bir neçə dəqiqə dolu ilə əvəz olunub. Meyvə ağaclarına, təsərrüfata qismən ziyan dəyib.

 

Hazırda rayon ərazisində leysan yağış yağır və güclü ildırım çağır.

 

Hava şəraitinin yaratdığı başqa fəsadlarla bağlı hələ ki, məlumat yoxdur.

 

Qeyd edək ki, yağıntılı hava şəraiti ətraf rayonlarda və Gəncə şəhərlərində də müşahidə olunur. İldırım və yağıntılı hava şəraiti eləcə də, Göygöl, Gədəbəy, Şəmkir və Samux rayonlarında da müşahidə edilir (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi