Modern.az

“Günəşi gözləyənlər” nəşr olundu  

“Günəşi gözləyənlər” nəşr olundu  

Aktual

10 İyun 2021, 13:05

Yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı ikinci dəfə nəşr olunub. Onun sözlərinə görə, roman “Köhlən” nəşriyyatında çap olunub:

 

“Köhlən” nəşriyyatı yeni yaradılıb və çağdaş Azərbaycan ədəbiyyatının nəşri, təbliği ilə bağlı planları çoxdur. Nəşriyyatın rəhbəri Nizami Əlisoy “Günəşi gözləyənlər”i bir müddət əvvəl oxumuşdu. Romanı ikinci dəfə nəşr etməyi təklif etdi. Bu mənim ilk romanımdır və yenidən oxuyanda ciddi redaktəyə ehtiyac hiss elədim. Kitab şənbə günündən etibarən bütün kitab mağazalarında olacaq”.

 

Qeyd edək ki, kitabın redaktorları Əsəd Cahangir və Elnaz Eyvaz, korrektoru Gülər Uğur, mətn tərtibatçısı Yusif Əsgərdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı