Modern.az

İcra başçısı şəhid ailəsi ilə görüşüb 

İcra başçısı şəhid ailəsi ilə görüşüb 

Aktual

10 İyun 2021, 16:40

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Vətən Müharibəsi  şəhidi Fərid Adıgözəlovun ailəsini qəbul edib.

 

Modern.az xəbər verir ki, qəbul zamanı Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Vüqar Novruzov həmin qələbədə payı olan Fərid Adıgözəlov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib, əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

 

İcra başçısı şəhidlik zirvəsinə ucalan Fəridin təkcə naftalanlıların, doğma el-obasının qəhrəmanı deyil, bütöv Azərbaycanın qəhrəmanı olduğunu, onunla hər bir naftalanlının , hər bir azərbaycanlının qürur duyduğunu söyləyib.

 

Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV