Modern.az

Ukrayna 1/4 finalda - AVRO-2020

Ukrayna 1/4 finalda - AVRO-2020

Aktual

30 İyun 2021, 03:29

Futbol üzrə Ukrayna milli komandası Avropa çempionatında dörddəbir final mərhələsinə yüksəlib.

 

Modern.az xəbər verir ki, iyunun 29-da Şotlandiyanın Qlazqo şəhərindəki “Hampden Park” Arenada İsveç və Ukrayna yığmaları üz-üzə gəliblər.

 

İtaliyalı baş hakim Daniele Orsatonun idarə etdiyi oyunda hesabı Ukrayna millisi açıb. Matçın 27-ci dəqiqəsində Aleksandr Zinçenko fərqlənib. Matçın 43-cü dəqiqəsində isveçli futbolçu Emil Forsberq hesabı bərabərləşdirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə yekunlaşıb.

 

Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara top vurulmayıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Matçın 99-cu dəqiqəsində kobud oyuna görə baş hakim Markus Danielsona qırmızı vərəqə göstərib və İsveç millisi azlıqda qalıb. Bundan yararlanan Ukrayna millisi istəyinə 121-ci dəqiqədə çatıb. Futbolçu Artyom Dobvik Ukrayna millisinin qələbə qolunu vurub - 2:1. Komanda ilk dəfə Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

 

Ukrayna millisi dörddəbir finalda İngiltərə yığması ilə qarşılaşacaq. Matç iyulun 3-də İtaliyanın paytaxtı Romadakı Olimpiya Stadionunda təşkil olunacaq.

 

Beləliklə, dörddəbir final mərhələsinin bütün cütlükləri müəyyənləşib. İyulun 2-də Sankt-Peterburqda İsveçrə-İspaniya, Münxendə Belçika-İtaliya, ertəsi gün Bakıda Çexiya-Danimarka, Romada Ukrayna-İngiltərə matçları baş tutacaq.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?