Modern.az

Bərdə sakini Goranboyda bıçaqlandı

Bərdə sakini Goranboyda bıçaqlandı

Aktual

30 İyun 2021, 21:19

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb. Bərdə rayon sakini, 1991-cü il təvəllüdlü Elnarə Firudin qızı Qarayeva çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır halda Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib.

Yaralının vəziyyəti ağırdır.

 

İlkin məlumata görə, qadın tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!