Modern.az

Daha bir güləşçimiz Avropa birincisi oldu

Daha bir güləşçimiz Avropa birincisi oldu

Aktual

30 İyun 2021, 23:09

Azərbaycanın daha bir sərbəst güləşçisi Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 74 kq-da yarışan Cəbrayıl Hacıyev qızıl medal uğrunda görüşdə türkiyəli Taner Qaripdən güclü olub - 12:2.

 

125 kq-dakı Aydın Əhmədov isə finalda Lyova Gevorqyana (Ermənistan) uduzaraq gümüş medalla kifayətlənib.

 

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (61 kq) və Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!