AVRO-2020-nin 1/4 final mərhələsi davam edir.
Modern.az xəbər verir ki, ilk günün ikinci oyunu Almaniyada baş tutub.
Belçika ilə İtaliya yarımfinala vəsiqə uğrunda matçda qarşılaşıb.
Belçikanın üstün olduğu dəqiqələrdə Nikolo Barella yaxın məsafədən dəqiq zərbə ilə italyanları önə keçirib. Fasilə ərəfəsində daha 2 qol qeydə alınıb. Əvvəlcə Lorenzo İnsinye möhtəşəm qolla rəqibi ikinci dəfə mərkəzə dəvət edib. Lakin cəmi 3 dəqiqə sonra Romelu Lukaku penalti qolu ilə fərqi minimuma endirib.
İtaliyanın yarımfinaldakı rəqibi İspaniya olacaq. Final yolunda son duel iyulun 6-da Londonda keçiriləcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu iyulun 3-də olacaq. Çexiya ilə Danimarka Bakı vaxtı ilə saat 20:00-da paytaxtımızda, İngiltərə ilə Ukrayna isə 23:00-da Romada üz-üzə gələcək.
AVRO-2020
1/4 final
2 iyul
23:00. Belçika – İtaliya - 1:2
Qollar: Romelu Lukaku, 45+2 (pen.) - Nikola Barella, 31, Lorenzo İnsinye, 44
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. “Alyans Arena”