Modern.az

Güləşçimiz erməni rəqibini məğlub etdi

Güləşçimiz erməni rəqibini məğlub etdi

Aktual

3 İyul 2021, 15:41

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.

 

Modern.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib.

 

Rəqibini 3:1 hesabı ilə üstələyən Məmmədli növbəti raunda vəsiqə əldə edib.

 

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq) və Murad Əhmədəliyev (82 kq) də mübarizəyə qoşulub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi