Modern.az

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

Aktual

3 İyul 2021, 23:25

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Həsənova Hicran Tofiq qızını vurub.

 

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!