Modern.az

Azərbaycanlı deputat ABŞ-da Qarabağdan danışıb

Azərbaycanlı deputat ABŞ-da Qarabağdan danışıb

Aktual

10 Oktyabr 2012, 15:04

Milli Məclisin üzvü Qənirə Paşayeva ABŞ-da bu ölkədə səfərdə olan Türkiyə Parlamentinin 12 millət vəkilinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Modern.az-ın məlumatına görə, ABŞ-da səfərdə olan deputat Hyustonda keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində Türkiyəli deputatlarla görüş keçirib. Q.Paşayeva həmçinin Türkiyənin Mədəniyyət nazirinin müavini Abdurrahman Arıcının  təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb və fikir mübadiləsi aparılıb.

Azərbaycanın inkişaf etməsindən sevindiklərini deyən  Türkiyə millət vəkilləri iki qardaş ölkə arasında bütün sahələrdə  münasibətlərin daha da inkişafından məmnunluqlarını söyləyiblər. Türkiyənin daim Azərbaycanın yanında olacağını deyən TBMM üzvləri Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyiblər.  Millət vəkili,  Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir   fikirini  qeyd  edərək  Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib.

Görüş  zamanı  bir  sıra  məsələlər ətrafında fikir mübadiləsi  aparılıb. Vurğulanıb ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da Azərbaycan həqiqətlərinin daha geniş yayılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində diasporumuzla birlikdə səylərimizi daha da artırmalıyıq.  Görüşdə  iştirak edən ABŞ-da  fəaliyyət  göstərən  bir sıra türk diaspor təşkilatları rəhbərləri ilə fikir  mübadiləsi zamanı millət vəkilləri  bu ölkədə yaşayan türk kökənli insanların sayının getdikcə daha da artmasının səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğu, səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Qənirə Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və  Türk  dünyasını  narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı