Modern.az

Zaqatalada ev yandı

Zaqatalada ev yandı

Aktual

11 İyul 2021, 17:35
 
 

Zaqatalada fərdi yaşayış evi yanıb.

 

Modern.az-ın məlumatına görə, bu gün saat 16 radələrində rayonun Muxax kəndində, kənd sakini Qönçə Məhəmməd qızı Gəncəliyevaya məxsus, ümumi sahəsi 80 kv/m olan birmərtəbəli, kürsülü, 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 40 kv/-lik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV