Modern.az

"Qarabağ" "Arsenal"a uduzdu

Aktual

11 İyul 2021, 21:02

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama matçı keçirib.

 

Modern.az xəbər verir ki, rəqib Rusiyanın "Arsenal" (Tula) klubu olub. Kirxdorf şəhərində təşkil olunmuş qarşılaşma qonşu ölkə komandasının qələbəsi ilə yekunlaşıb. Yeganə topu 20-ci dəqiqədə Yevgeni Markov vurub.

 

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Bolqarıstanın MOİK (Sofiya) komandasını məğlubiyyətə uğradıb - 1:0.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV