Modern.az

Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı  

Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı  

Aktual

26 Avqust 2021, 20:27

Avropa çempionatında Kopenhagendə Finlandiya yığmasına qarşı keçirilən B qrupunun ilk oyununda (0:1) meydan sahiblərinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən şəxslərə UEFA Prezidenti Mükafatı verilib.

 

Modern.az xəbər verir ki, Danimarka millisinin kapitanı Simon Kyaer və həkimləri mükafatlandırılıblar.

 

Mükafatı qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin təqdim edib.

 

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı