“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Modern.az xəbər verir ki, komanda İsraildə Hayfanın “Makkabi”si ilə üz-üzə gəlib.
Bakıdakı ilk matçda 3:3 hesablı heç-heçə edən flaqman səfərdə rəqibinə böyük hesabla uduzub – 0:4.
Beləliklə, səfərdə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb.
****
21:08
İsraildə “Makkabi” (Hayfa) və “Neftçi” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Modern.az xəbər verir ki, "Sami Ofer" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Görüşü Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.