Modern.az

“Qarabağ” qrup mərhələsinə yüksəldi - YENİLƏNİB

“Qarabağ” qrup mərhələsinə yüksəldi - YENİLƏNİB

Aktual

27 Avqust 2021, 00:34

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, komanda Şotlandiyada “Aberdin”in qonağı olub.

 

Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib və qrup mərhələsinə vəsiqə qazanıb.

 

Beləliklə, “Qarabağ” ardıcıl 8-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində 6, Çempionlar Liqasının qrupunda isə bir dəfə mübarizə aparıb.

 

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.

***

Şotlandiyada “Aberdin” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

 

Modern.az-ın məlumatına görə, Ağdam təmsilçisi rəqibini növbəti dəfə mərkəzə dəvət edib.

 

72-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

 

***

 

"Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, 18-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Kadi Borges hesab arasındakı fərqi artırıb.

 

***

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Aberdin" - “Qarabağ” matçında Ağdam təmsilçiləri hesabı açıb.

 

Modern.az xəbər verir ki, oyunun 8-ci dəqiqəsində təmsilçimizin yarımmüdafiəçisi Tural Bayramov fərqlənib.

 

***

Şotlandiyada “Aberdin” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, “Pittodri” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

 

Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

 

Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı