Modern.az

Azərbaycan Tokio-2020-də ilk qızıl medalını qazandı

Azərbaycan Tokio-2020-də ilk qızıl medalını qazandı

Aktual

27 Avqust 2021, 11:43

Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz fransalı Sandrin Martine ilə qarşılaşıb.

 

Finalda rəqibini məğlub edən Ş.Hacıyeva paralimpiya çempionu olub.

 

Qeyd edək ki, bununla da Azərbaycan Tokio-2020-də ilk qızıl medalını qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...