Modern.az

Gorus-Qafan yolunun bağlanması İranın işini çətinləşdirdi

Gorus-Qafan yolunun bağlanması İranın işini çətinləşdirdi

Aktual

27 Avqust 2021, 16:34

Ermənistanla İran arasında yük daşımaları üçün alternativ yoldan istifadə olunur.


Modern.az xəbər verir ki, İran Gorus-Qafan yolunun bağlanması səbəbilə yaranmış vəziyyətin Ermənistan tərəfindən tezliklə həll olunmağını istəyir.

 

“İran yük maşınları Mehri yaxınlığında sərbəst şəkildə Ermənistanla sərhədi keçir, amma əsas problem bundan sonra başlayır - İrəvana gedərkən. İndi nəqliyyat yoldan çıxır, amma bu yol iri yük maşınlarının hərəkəti üçün yararsızdır. İndi Ermənistanda problemi həll etməyə çalışırlar”,- deyə İran İqtisadiyyat naziri Fərhad Dejpəsənd yollarındakı vəziyyət barədə danışarkən bildirib.

 

Qeyd edək ki, artıq bir neçə gündür Zəngəzurdan keçən Gorus-Qafan yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!