Modern.az

Kabildən təxliyə olunan sülhməramlılar Bakıya qayıtdı - FOTOLAR

Kabildən təxliyə olunan sülhməramlılar Bakıya qayıtdı - FOTOLAR

Aktual

27 Avqust 2021, 17:50

Əfqanıstan İslam Respublikasında xidmətlərini başa vuran Azərbaycan sülhməramlıları Vətənə qayıdıblar.

 

Modern.az xəbər verir ki, Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdan 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısının tam heyətdə qarşılanma mərasimi keçirilib.

 

Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 26-da gecə saat 01:00 radələrində Əfqanıstandan çıxarılıb və onlara məxsus silah və hərbi əmlak Ankara şəhərinə gətirilib.

 

Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyənin silahlı qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı