Modern.az

Bayraqdarımız “Tokio-2020”ni medalsız başa vurdu

Bayraqdarımız “Tokio-2020”ni medalsız başa vurdu

Aktual

27 Avqust 2021, 18:03

Azərbaycanın Tokio Paralimpiadasındakı bayraqdarı Oloxan Musayev mübarizəni dayandırıb.

 

Modern.az xəbər verir ki, atletimiz nüvə itələmə yarışında 11,89 metr nəticə ilə beşinci olub.

 

Dünya rekordunu müəyyənləşdirən braziliyalı Uolles Santos 12,63 metrlik göstərici ilə qızıl medal qazanıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 5 medal var. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!