Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda sülhməramlı missiya həyata keçirən hərbiçilərinin təxliyəsi davam edir.
Modern.az xəbər verir ki, avqustun 27-də hərbçiləri daşıyan ikinci təyyarə Ankaranın Esenboğa Beynəlxalq Hava Limanına enib.
Türkiyə sülhməramlıları hərbi təyyarə ilə əvvəlcə Kabuldan İslamabada gəliblər. Pakistanın paytaxtından Ankaraya isə onları Türk Hava Yollarının təyyarəsi gətirib.
Xatırladaq ki, Türkiyə sülhməramlıların Əfqanıstandan təxliyəsinə avqustun 26-dan başlayıb. Onlar Kabul Hava Limanında təhlükəsizliyi təmin edirdilər.