Modern.az

Üç paracüdoçumuz Tokio-2020-nin finalına yüksəldi

Üç paracüdoçumuz Tokio-2020-nin finalına yüksəldi

Aktual

28 Avqust 2021, 08:14

Tokio-2020 Yay Paralimpiya Oyunlarında qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang'a qalib gələrək finala vəsiqə qazanıb.

 

Bu barədə Modern.az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

 

Qeyd edək ki, daha əvvəl Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee'yə qalib gələrək finala vəsiqə qazanıb.

 

Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelikə qalib gələrək finala yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı