Modern.az

Azərbaycan artilleriyaçıları Qazaxıstanda 3-cü oldu - VİDEO  

Azərbaycan artilleriyaçıları Qazaxıstanda 3-cü oldu - VİDEO  

Aktual

28 Avqust 2021, 10:53

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib.

 

Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

 

Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxıstandan olan artilleriyaçılar qazanıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı