Modern.az

İdmançımız paralimpiya çempionu oldu

İdmançımız paralimpiya çempionu oldu

Aktual

28 Avqust 2021, 13:48

Cüdoçumuz Hüseyn Rəhimli Paralimpiya çempionu olub.

 

Modern.az xəbər verir ki, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib.

 

Koreyadan olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Rəqibindən üstün olan H.Rəhimli Paralimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bunadək Azərbaycanın hesabında 7 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kq) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı