Modern.az

Bəşəriyyət Ermənistanın müharibə cinayətlərinə göz yummamalıdır!

Bəşəriyyət Ermənistanın müharibə cinayətlərinə göz yummamalıdır!

Aktual

28 Avqust 2021, 13:56

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində xalqımıza məxsus abidələri darmadağın etməklə, yaşayış məntəqələrini viran qoymaqla yanaşı, həm tarixi, həm də hüquqi baxımdan bizə məxsus olan bu ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparıb, dünyanın müxtəlif ölkələrindən aralarında terrorçuların da olduğu erməniləri torpaqlarımızda yerləşdirçəyə çalışıb.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.


Prezident İlham Əliyevin 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışına toxunan millət vəkili, dövlətimizin başçısının Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi cinayətləri xatırlatmaqla həm beynəlxalq birliyə, həm də ölkə ictimaiyyətinə vacib mesajlar verdiyini vurğulayıb:

 

“Cənab Prezident öz nitqində uzun illər ərzində Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşmanın aparıldığını xatırlatdı və qeyd etdi ki, bu hərbi cinayətlərə görə təkcə Ermənistan yox, bu cinayətlərə göz yumanlar da məsuliyyət daşıyırlar. O cümlədən uzun illər boyu aparılan danışıqlar prosesində işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayan, bir çox hallarda isə təcavüzkarı birbaşa və dolayısıyla himayə edən ATƏT-in Minsk Qrupu, erməni vandalizminin ifşa olunmaması üçün zamanında işğal altında olan ərazilərimizə faktaraşdırıcı missiya göndərməyən, elə indi də beynəlxalq məsuliyyətindən yayınan UNESCO, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün təcavüzkara təzyiq etməyənlər və digərləri şəhər və kəndlərimizin viran edilməsi prosesinin passiv iştirakçılarıdır. Cinayətə göz yumanlar, imkanları olduğu halda insan faciələrinin, qətliamların, vandalizmin qarşısını almayanlar cinayətkardan daha böyük məsuliyyət daşıyırlar. Çünki onların laqeyidliyi, cinayətkarları himayə etmələri cəzasızlıq mühiti yaratmaqla daha ağır cinayətlərə yol açır, president formalaşdırır. Məhz bu baxımdan, bəşəriyyət vandalizmin, ultraradikal millətçiliyin, dəhşətli qətliamların yenidən yaşanmaması üçün Ermənistanın uzun illər boyu Azərbaycana, xalqımıza qarşı həyata keçirdiyi müharibə cinayətlərinə göz yummamalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı