Modern.az

İki uşaq anası özünü kəndirlə asdı

İki uşaq anası özünü kəndirlə asdı

Aktual

28 Avqust 2021, 14:07

Ağdaş rayonunda intihar hadisəsi baş verib. 

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Dovudlu kəndində qeydə alınıb.

 

Kənd sakini, 1999-cu il təvəllüdlü Yarməmmədova Solmaz Fəzail qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

 

İki uşaq anası Solmaz Yarməmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı