Modern.az

Mehriban Əliyeva qalib gələn paralimpiyaçıları təbrik etdi

Mehriban Əliyeva qalib gələn paralimpiyaçıları təbrik etdi

Aktual

28 Avqust 2021, 15:39

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl və bürünc medallar qazandıran idmançılarımızı təbrik edib.

 

Modern.az xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:

 

“Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyadan Türkiyəyə sərt xəbərdarlıq - Ağıllı olun!