Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Tokio-2020” Yay Paralimpiya Oyunlarında milli yığmamızın qızıl medal qazanan atleti Həmid Heydərini təbrik edib.
Modern.az xəbər verir ki, paylaşımda deyilir:
“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!”.