Modern.az

“Liverpul” - “Çelsi” oyunu bərabərə bitdi

“Liverpul” - “Çelsi” oyunu bərabərə bitdi

Aktual

28 Avqust 2021, 23:17

İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində “Liverpul” “Çelsi”ni qəbul edib.

 

Modern.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Kay Havers “Çelsi” azarkeşlərini sevindirib. “Liverpul” qarşılaşmanın son dəqiqələrində məğlubiyyətdən xilas ola bilib. Belə ki, Məhəmməd Salah komandasının bərabəlik qolunu vurub.

 

“Liverpul” və “Çelsi” üç turdan sonra 7 xal toplayıblar. Qeyd edək ki, bu, “Everton” və “Vest Hem”in xallarının sayına bərabərdir. Bu komandalar hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edirlər.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi