Modern.az

Rusiya “Taliban” hökuməti ilə əlaqə quracaq

Rusiya “Taliban” hökuməti ilə əlaqə quracaq

Aktual

29 Avqust 2021, 09:29

"Taliban hərəkatının hakimiyyəti ələ alması danılmaz həqiqətdir. Bu səbəbdən Əfqanıstandakı vəziyyəti qəbul edərək yeni hökumətlə qarşılıqlı əlaqələr qurmalı olacağıq".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

 

"Düşünmürəm ki, Taliban ideologiyasını qonşu ölkələrə ixrac etməyə çalışacaq və bununla məşğul olacaq. 20 il əvvəlki hadisələrdən dərs aldılar. Bəli, onlar Üsamə ben Ladenin ideoloqları olduğu dönəmdə eləydilər"- Rusiya rəsmisi bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı